Körpəni qutuda başqa qapıya qoyan ata-ana saxlanıldı

Körpəni qutuda başqa qapıya qoyan ata-ana saxlanıldı
İnquşetiyanın Sunja şəhərində polis əməkdaşları körpəsini qutuya qoyub başqasının evinə atan ananı saxlayıb.
Rusiya KİV xəbər verir ki, saxlanılan şəxs Mərkəzi Asiyadan gələn 30 yaşlı əcnəbidir. Onun hərəkətləri “Təhlükə altında buraxma” maddəsi ilə cinayət əlaməti kimi qiymətləndirilir.
Məlumata görə, bir gün əvvəl növbətçi hissəyə zəng edən Sunja şəhər sakini bildirib ki, qonşunun evinin yanında içərisində yeni doğulmuş körpə olan karton qutu tapıb. Dərhal Daxili İşlər Nazirliyinin əməkdaşları körpənin yanında uşaq bezləri və süni qidaları olan çanta tapıblar. Həkimlərin müayinəsindən sonra uşaq perinatal mərkəzə göndərilib.
Gundelik-Baku.Org