ABŞ səfirliyinin sərxoş diplomatı qarət edildi

ABŞ səfirliyinin sərxoş diplomatı qarət edildi
ABŞ-nin Ukraynadakı səfirliyinin hərbi attaşesi qarət edilib. 
Xarici KİV xəbər verir ki, səfirliyin əməkdaşı polisə müraciət edib.
Hadisə Kiyevin mərkəzindəki Taras Şevçenko parkında baş verib. Attaşe ondan iPhone 12 və bank kartları olan pul kisəsinin oğurlandığını deyib. Daha sonra kartlardan birindən 400 dollar çıxarılıb. 
Məlum olub ki, diplomat soyğunçuluq günü sərxoş olub.
Gundelik-Baku.Org