Estoniya rus diplomatı ölkədən çıxaracaq

Estoniya rus diplomatı ölkədən çıxaracaq
Estoniya rus diplomatı ölkədən çıxaracaq.
Respublika Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb.
Ona Rusiya səfirliyinin diplomatik statuslu əməkdaşının persona non-qrata elan edildiyini bildirən diplomatik nota təqdim edilib.
Estoniya Xarici İşlər Nazirliyi hesab edir ki, işçinin fəaliyyəti Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd olub, ona görə də o, martın 29-dan gec olmayaraq ölkəni tərk etməlidir. Xarici İşlər Nazirliyinin mesajında deyilir ki, rusiyalı “Estoniyanın təhlükəsizliyinin və konstitusiya quruluşunun pozulmasında, Rusiyanın hərbi hərəkətlərinə haqq qazandıran təbliğatın aparılmasında birbaşa və fəal iştirak edib və Estoniya cəmiyyətini parçalamaqla məşğul olub”.
Qeyd edək ki, diplomatın adı çəkilmir. 
Gundelik-Baku.Org