Rusiya bu diplomatı "arzuolunmaz şəxs" ELAN ETDİ

Rusiya bu diplomatı "arzuolunmaz şəxs" ELAN ETDİ
Rusiya Xarici İşlər Nazirliyi Litvanın Moskvadakı səfirliyinin diplomatlarından birini persona non-qrata (arzuolunmaz şəxs) elan edib.
Bu barədə Rusiya XİN məlumat yayıb.
“Litva tərəfinə dekabrın 1-də Rusiyanın Vilnüsdəki səfirliyinin əməkdaşının əsassız olaraq ölkədən çıxarılması ilə bağlı kəskin etiraz edilib. Cavab olaraq, Litva səfirliyinin diplomatlarından biri “persona non-qrata” elan edilib. O, 5 gün ərzində Rusiya Federasiyasının ərazisini tərk etməlidir” - deyə məlumatda bildirilir.
Gundelik-Baku.Org