Tunisdə hərbi helikopterlə əlaqə kəsildi

Tunisdə hərbi helikopterlə əlaqə kəsildi
Şimali Afrika ölkəsi olan Tunisdə 4 nəfərlik heyəti olan hərbi helikopterlə əlaqə kəsilib.
Xarici KİV xəbər verir ki, bu barədə Tunis Müdafiə Nazirliyi açıqlama verib. 
"Dünən axşam saatlarında Tunisin şimalındakı Bizerte əyalətinin Kab Sirat bölgəsində gecə uçuşu həyata keçirən helikopterlə əlaqə kəsilib", - deyə məlumatda qeyd olunub.
MN və DİN quruda, dənizdə və havada müxtəlif vasitələrlə axtarış işlərinə başlayıb.
Gundelik-Baku.Org