İt ata və uşağına hücum etdi - Körpənin qolu və ayağı kəsildi

İt ata və uşağına hücum etdi - Körpənin qolu və ayağı kəsildi
Belçikada 1,5 yaşlı körpə anasının itinin hücumu nəticəsində ağır yaralanıb, o, qolunu və ayağını itirib.
Xarici mətbuat xəbər verir ki, hadisə ölkənin qərbindəki Ledegem qəsəbəsində baş verib.
Adı açıqlanmayan körpənin atasının yanında qaldığı, anasının isə səhər saatlarında iti ilə uşağı görməyə gəldiyi bildirilib.
Qeyd edək ki, körpənin yaraları ağır olduğu üçün aparıldığı xəstəxanada bir qolu və bir ayağı amputasiya edilib,  atanın da bir barmağı kəsilib.
Gundelik-Baku.Org