"Rusiyadakı qohumlarımla əlaqəmi kəsmişəm" - Yelana Zelenska

"Rusiyadakı qohumlarımla əlaqəmi kəsmişəm" - Yelana Zelenska
Ukraynanın birinci xanımı Yelana Zelenska Böyük Britaniyaya səfəri zamanı Britaniyanın ən qədim gündəlik qəzetlərindən biri olan “The Times” a müsahibə verib. 
Zelenska  müsahibəsində Rusiyada yaşayan qohumları və tanışları ilə bütün əlaqəsini kəsdiyini bildirib. 
"Əlbəttə ki, Putin günahkardır, lakin rus xalqının dəstəyi olmasaydı, o, bunu belə miqyasda edə bilməzdi. Orada qohumlarım var, amma əlaqə saxlamırıq. Bu münasibət tamamilə bitdi”, - deyə Zelenska bildirib.
O əlavə edib ki, bütün bu müddət ərzində Rusiyadan olan dostlarından heç biri onunla əlaqə saxlamayıb.
Gundelik-Baku.Org