Bu içkilər TƏHLÜKƏLİDİR: Tərkibində...

Bu içkilər TƏHLÜKƏLİDİR: Tərkibində...
Mütəxəssislərin apardığı araşdırmada insanların tez-tez istifadə etdiyi bəzi içkilərin tərkibində normadan artıq miqdarda zəhərli metalların olduğu müəyyən edilib.
Xarici mətbuat xəbər verir ki, ABŞ-ın Tulane Universitetində aparılan araşdırmada mütəxəssislər meyvə şirələri, bitki mənşəli südlər, qazlı və oxşar kommersiya məqsədli 60 içkini araşdıraraq 25 zəhərli metal qalıqlarını aşkar ediblər. 
Araşdırma nəticəsində məlum olub ki, qarışıq şirələr, badam və yulaf  kimi bitki mənşəli südlərin tərkibində digər içkilərdən daha çox zəhərli metal var.
Gundelik-Baku.Org