Darçının bilmədiyimiz faydaları

Darçının bilmədiyimiz faydaları
Əksər yeməklərdə, xüsusən də qış aylarında darçından çox istifadə edilir. Gün ərzində normadan artıq darçın qəbul etmək qanda şəkərin miqdarının aşağı düşməsinə səbəb olur.
Xarici mətbuat xəbər verir ki, darçından çox istifadə etmək qəbizliyə səbəb ola bilir.
Yüksək arterial təzyiqi olan və təzyiq dərmanı qəbul edənlər darçının miqdarına diqqət yetirməlidirlər. Çünki, darçın dərmanın təsirini sürətləndirərək təzyiqin daha da aşağı düşməsinə səbəb ola bilər. Qidaların tərkibində çox miqdar darçın qəbul eləmək allergiyaya səbəb ola bilir. Darçın qaraciyərə təsir edir. Buna görə də qaraciyər xəstələrinin çox darçın qəbul edərkən həkimə müraciət etməyi məsləhət görülür. 
Normal şərtlərdə darçının orqanizmə heç bir mənfi təsiri yoxdur. Buna görə də orqanizmə zərər verməmək üçün hər bir qida kimi darçını da lazım olduğundan artıq miqdarda qəbul etmək məsləhət görülmür.
Darçın tibbdə istifadə edilir, zəhərli deyil. Buna görə də qida maddələrində istifadə edilir. Qoxusu daha fərqlidir. 
Gundelik-Baku.Org