Bu dərman 18 uşağı öldürdü

Bu dərman 18 uşağı öldürdü
Özbəkistanda 18 uşaq SARS dərmanı qəbul etdiyi üçün ölüb.
Bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Onlar Hindistanın "Marion Biotech" şirkətinin istehsalı olan bu dərmanının 18 uşağın ölümünə səbəb olduğunu bildirib.
Məlumata görə, ekspertizanın nəticələri artıq hüquq-mühafizə orqanlarına göndərilib.
Səhiyyə Nazirliyi qeyd edib ki, hazırda respublikanın bütün apteklərində bu preparat satışdan çıxarılıb.
Nazirlik açıqlamasında onu da bildirib ki, laboratoriya müayinələri nəticəsində preparatın tərkibində zəhərli maddə olan etilen qlikol aşkar edilib.
Gundelik-Baku.Org