Bu qidalar insanları cavanlaşdırır

Bu qidalar insanları cavanlaşdırır
Dietoloqlar insanı cavanlaşdıran məhsulları açıqlayıblar.
Xarici mətbuat xəbər verir ki, antioksidantlarla zəngin təbii bitki məhsulları qocalma prosesini yavaşlatmağa, daha uzun müddət gənc və sağlam qalmağa kömək edəcək.
Avokado
Avokadonun tərkibində çoxlu miqdarda monodoymuş yağ var. Bu da qanda şəkərin səviyyəsini qoruyur. 
Pomidor
Pomidor bədənin iltihabla mübarizə aparmasına kömək edir. Pomidorun tərkibindəki likopen maddəsi pis xolesterinin səviyyəsini aşağı salır;
Qaragilə
Qaragilə, polifenollarla zəngindir. Bu, sərbəst radikalları bədəndən çıxara və körpəlik dövründə qocalma prosesini dayandıra bilər.
Acı şokolad
Acı şokolad da yaşlanma ilə mübarizə aparır. Ona görə də acı şokoladı qida rasionunuza daxil etmək məsləhətlidir.
Qızıl balıq
Qızıl balıqda çoxlu miqdarda omeqa-3 yağ turşuları var. Bu da orqanizmin qocalma prosesini ləngidir.
Fındıq
Fındıqların tərkibində təkcə yağ turşuları deyil, həm də maddələr mübadiləsini yaxşılaşdıran liflər və dərinin elastikliyi üçün zəruri olan zülallar var.
Gundelik-Baku.Org