Britaniya şirkəti Cəbrayılın dirçəldilməsində iştirak etmək istəyir

Britaniya şirkəti Cəbrayılın dirçəldilməsində iştirak etmək istəyir
Böyük Britaniyanın “Chapman Taylor” şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki şəhərsalma işlərində iştiraka maraq göstərir.
Bunu Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda şirkətin direktoru Marselina Zielinska deyib. 
O, təmsil etdiyi şirkətin Şuşanın baş planının hazırlanmasında iştirak etdiyini və Azərbaycan hökumətinə təkliflər verdiyini bildirib.
Marselina Zielinska onu da söyləyib ki, şirkət Cəbrayılın baş planının hazırlanmasında da iştirak etmək istəyir. 
Gundelik-Baku.Org