"Ağıllı" saat hamilə qadının həyatını XİLAS ETDİ

"Ağıllı" saat hamilə qadının həyatını XİLAS ETDİ
Böyük Britaniyanın Klaydbank şəhərinin 24 yaşlı sakini Rebekka Makmanus “Apple Watch”un xəbərdarlığı sayəsində vaxtında həkimlərə müraciət etdiyini və səhhətində ciddi fəsadların qarşısını aldığını bildirib.
Xarici media xəbərinə görə, hamiləliyin 22-ci həftəsində olan qadın nəfəs darlığından əziyyət çəkdiyini hiss edib. Bir dəfə mənzilinə pilləkənlərlə qalxanda hiss edib ki, havası çatmır. Britaniyalı evə gedib, divanda oturub və saatdakı sağlamlıq göstəricilərinə baxıb. Onun nəbzi dəqiqədə 140 vuruşa qədər sürətlənib və ürək döyüntüləri 10 dəqiqə ərzində azalmayıb. Sonra başgicəllənmə hiss edib və nəbzi 154 döyüntüyə qədər sürətlənib.
Böyük Britaniya sakini bu vəziyyətdən narahat olub və o, tibb müəssisəsinə gedib, orada lazımi analizlərdən, müayinədən keçib. Amma həkimlər hamiləlik dövründə belə simptomların müşahidə oluna biləcəyini bildiriblər və onu evə göndəriblər. Üç gün sonra Rebecca yenidən xəstəxanaya gəlib, çünki başı gicəllənməyə davam edib və nəbzi yüksəlib. Həkimlər əlavə müayinə keçirib və onun ağciyər arteriyasında həyati təhlükəsi olan iki qan laxtası aşkar ediblər.
Britaniyalıya dərmanlar təyin olundu və bununla da sağlamlıq fəsadlarının qarşısını aldı. O, həyatını xilas edən saat olduğuna inanır.
Gundelik-Baku.Org