Cəngəllikdə azan qadın bir şüşə şərabla SAĞ QALDI

Cəngəllikdə azan qadın bir şüşə şərabla SAĞ QALDI
Avstraliyanın Melburn şəhərinin içki içməyən sakini cəngəllikdə azıb.
Xarici KİV xəbər verir ki, orada 5 gün qalan sakin şirniyyat və bir şüşə şərab sayəsində sağ qalıb.
48 yaşlı Lillian Yip Viktoriya ştatında qısa səyahətə çıxıb, lakin itib. Onun maşını palçığa ilişib. O, səhhətində yaranan problemlə əlaqədar uzun məsafəni piyada gedə bilməyib və maşının yanında qalıb.
Avstraliya avtomobilində yalnız anasına verəcəyi şirniyyat və bir şüşə şərab var idi. Qadın axtarış əməliyyatı çərçivəsində ərazi üzərindən uçan xilasedicilər tərəfindən aşkarlanana qədər beş gecəni vəhşi təbiətdə tək keçirib.
“İlk istədiyim su və siqaret idi. Xoşbəxtlikdən polis məmurunun siqareti var idi”, - avstraliyalı bildirib.
O, çöldə tək ölməkdən çox qorxduğunu etiraf edib. Hər ehtimala qarşı qohumlarına məktub yazıb, onları sevdiyini bildirib.
Susuzluqdan əziyyət çəkən qadın ən yaxın şəhərdən 60 kilometr aralıda tapılıb. Polis qeyd edib ki, bir şüşə şərab avstraliyalının həyatını xilas edib. O, xəstəxanaya yerləşdirilib. 
Gundelik-Baku.Org