Dərman içən qadının dilini tük basdı

Dərman içən qadının dilini tük basdı
60 yaşlı yapon qadın həkimlərin göstərişi ilə dərman qəbul etməyə başlayıb, bundan sonra dilini tük basıb.
Xarici media bildirir ki, təxminən 14 ay əvvəl qadına düz bağırsağın xərçəngi diaqnozu qoyulub və o, kimyaterapiya almağa başlayıb. 
Həkimlər xəstəyə orqanizminə kimyaterapiyanın zərərli təsirləri ilə mübarizə aparmağa kömək etməli olan antibiotik olan minosiklin təyin ediblər. Bir müddət sonra yapon qadın dilinin qaraldığını və tüklərlə örtüldüyünü hiss etməyə başlayıb.
Qadın xəstəxanaya gedib və müayinədən sonra həkimlər ona dilin filiform papillalarının xroniki hipertrofiyası və ya bu xəstəlik də adlandırıldığı kimi “qara tüklü dil” diaqnozu qoyublar. Bu, dilin dorsal səthində bərkimiş filiform papillaların həddindən artıq böyüməsi ilə xarakterizə olunan qazanılmış xoşxassəli bir vəziyyətdir. Xəstəliyin təyin edilmiş antibiotik qəbulunun yan təsiri olduğu ortaya çıxıb.
Həkimlər xəstəyə başqa dərman yazıblar. Həkimlərin sözlərinə görə, altı həftə sonra yapon qadının vəziyyəti xeyli yaxşılaşıb.
Gundelik-Baku.Org