Azərbaycanda ən çox kimə səs verilib? - YENİLƏNİB

Azərbaycanda ən çox kimə səs verilib? - YENİLƏNİB
Türkiyədə prezident və parlament seçkilərində Azərbaycandan səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.
Bu barədə “Anadolu” məlumat yayıb. Bildirilib ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 49.42 faizi (3642 səs) “Cumhur İttifaqı”nın namizədi, “AK parti”nin sədri Rəcəb Tayyib Ərdoğanı, 41,92 faizi, (2768 səs) “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğluna səs verib.
Digər namizədlərdən Sinan Oğan 6,42 % (424 səs), Muharrem İncə isə 2,24 % (148 səs) toplayıb.
***00:31
Türkiyədə prezident və parlament seçkiləri üçün Azərbaycanda keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.
"Anadolu" xəbər verir ki, Azərbaycanda prezident seçkiləri üçün istifadə edilən bülletenlərin 27%-ə yaxını sayılıb.
İlkin nəticələrə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 47.84%, CHP sədri Kemal Kılıçdaroğlu 44.19, ATA ittifaqının namizədi Sinan Oğan 5.86%, namizədlikdən geri çəkilmiş Məmləkət partiyasının sədri Müharrem İnce 2.11% səs toplayıb.
Parlament seçkilərində səslərin 7%-ə yaxın sayılıb. İndiki məlumata əsasən, Cumhur İttifaqı 63.26%, Millət İttifaqı 25.38%, Əmək və Azadlıq 5.11% səs toplayıb.
21:16
Türkiyədə prezident və parlament seçkiləri üçün Azərbaycanda keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycanda seçici fəallığı 78.4% olub.
Hazırda səslərin 6.7%-i sayılıb. Bu nəticələrə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50.23%, CHP sədri Kemal Kılıçdaroğlu 42.91, ATA ittifaqının namizədi Sinan Oğan 5.76%, namizədlikdən geri çəkilmiş Məmləkət partiyasının sədri Müharrem İnce 1.09% səs toplayıb.
Gundelik-Baku.Org