Daha bir partiya Ərdoğanın xeyrinə seçkidən çəkildi

Daha bir partiya Ərdoğanın xeyrinə seçkidən çəkildi
Türkiyədə 14 mayda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün proporsional siyahısını irəli sürmüş Böyük Türkiyə Partiyası (BTP) seçkilərdən çəkilib. 
Türkiyə mətbuatı xəbər verir ki, bu barədə BTP sədri Hüseyn Durmaz məlumat verib.
O qeyd edib ki, prezident seçkilərində hazırkı ölkə başçısı Rəcəb Tayyib Ərdoğanı, parlament seçkilərində isə hakimiyyətdəki "Cümhur İttifaqı"nı dəstəkləmək qərarına gəliblər. 
O, partiya tərəfdarlarını Ərdoğana və "Cümhur İttifaqı"nın deputatlığa namizədlərinə səs verməyə çağırıb. 
Xatırladaq ki, daha əvvəl Hüseyn Başın sədrlik etdiyi Müstəqil Türkiyə Partiyası da seçkilərdən çəkildiyini açıqlayaraq müxalifətdəki "Millət İttifaqı"nın deputatlığa namizədlərini və Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəklədiklərini elan etmişdi. 
Gundelik-Baku.Org