Ərdoğan Muharrem İncenin namizədliyini geri götürməsindən DANIŞDI

Ərdoğan Muharrem İncenin namizədliyini geri götürməsindən DANIŞDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məmləkət Partiyasının sədri Muharrem İncenin prezidentliyə namizədliyini geri götürməsinə münasibət bildirib. 
Türk mətbuatı xəbər verir ki, Ərdoğan bu barədə Ankarada çıxışı zamanı danışıb.
“Namizədlərdən biri geri çəkilib. Onun namizədliyini niyə geri çəkməsini anlamaq mümkün deyil. Doğrusu təəssüfləndim, kaş bu mübarizə sonuna qədər davam edərdi. Bu yola digərləri ilə davam edirik. Önəmli olan millətimin verəcəyi qərardır”, - deyə Türkiyə lideri bildirib.
Gundelik-Baku.Org