Venesuela prezidenti Ərdoğanı "böyük qardaş" adlandırdı

Venesuela prezidenti Ərdoğanı "böyük qardaş" adlandırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelanın “böyük qardaşı” olub. 
"Anadolu" xəbər verir ki, bunu Latın Amerikası ölkəsinin prezidenti Nikolas Maduro Karakasda Türkiyə nümayəndə heyəti ilə görüşündə deyib.
“Türkiyə xalqı bilməlidir ki, biz Ərdoğanı çox sevirik, çünki o, xeyirxah insandır və böyük ürəyi var. Ərdoğan ən çətin illərdə həmişə Venesuelanı dəstəkləyib. O, ölkəmizə sevgi və şəfqət əlini uzadıb”, - Maduro bildirib.
Gundelik-Baku.Org