Ərdoğan bu gün seçkilərin dəqiq tarixini açıqlayacaq

Ərdoğan bu gün seçkilərin dəqiq tarixini açıqlayacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkədə prezident və parlament seçkilərinin keçiriləcəyi dəqiq tarixi rəsmi şəkildə elan edəcək.
“TRT Haber” xəbər verir ki, Ərdoğan Bakı vaxtı ilə 15:00-da Prezident iqamətgahında bununla bağlı çıxış edəcək.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin mayın 14-ü keçirilməsi gözlənilir.





Gundelik-Baku.Org