Türkiyədə seçki qutularının 100 faizi açıldı

Türkiyədə seçki qutularının 100 faizi açıldı
Türkiyədə prezident seçkiləri ilə bağlı qutuların 100 faizi açılıb.
“Anadolu” xəbər verir ki, prezident seçkiləri ilə bağlı qutular 100 faizi açılıb, parlamentlə bağlı isə 99 faiz qutular açılaraq sistemə daxil edilib.
Bildirilir ki, “Cümhur İttifaqı”nın namizədi, AK Partiyanın lideri Rəcəb Tayyib Ərdoğan seçicilərin 49.24 faiz (26 085 999) səsini alıb. “Millət İttifaqın” namizədi, CHP sədri Kamal Kılıçdaroğlu isə 45.06 faiz (23 869 863) səs toplayıb. Digər namizədlər Sinan Oğan 5,28 faiz, yəni 2 796 379 səs, Muharrəm İncə isə 0,42 faiz (220 133) səs ala bilib.
Gundelik-Baku.Org