Cəbrayılda Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib - CANLI (YENİLƏNİB)

Cəbrayılda Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib - CANLI (YENİLƏNİB)
Bu gün Cəbrayıl şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
*** 16:36
Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cəbrayıl rayonunda rəsmi qarşılanma mərasimi keçirilir.
Mərasimdə Prezident İlham Əliyev iştirak edir.


Gundelik-Baku.Org