Ərdoğan Nazirlər Kabinetini topladı

Ərdoğan Nazirlər Kabinetini topladı
Türkiyədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir. 
“TRT Haber” xəbər verir ki, iclas zamanı müzakirə olunan əsas mövzu zəlzələ bölgəsindəki hazırkı vəziyyət olacaq. 
Bununla yanaşı, iclasda ölkədə mayın 14-ü keçirilməsi planlaşdırılan prezident seçkiləri məsələsi də qaldırılacaq.
Gundelik-Baku.Org