Hamburger yemək ölümə SƏBƏB OLUR

Hamburger yemək ölümə SƏBƏB OLUR
Doymuş yağ tərkibindən tutmuş yüksək duz səviyyələrinə qədər bir burgerin zərərli olmasının əsas səbəbi trimetilamin N-oksid (TMAO) ilə bağlıdır. Ətdəki karnitin bağırsaq bakteriyalarımız tərəfindən trimetilaminə çevrilir. Trimetilamin qaraciyərimiz tərəfindən TMAO-ya oksidləşir ki, bu da infarktlara və ölümə səbəb ola bilər.
Xarici KİV xəbər verir ki, vetçina, basdırma, kolbasa, salam, dilimlənmiş hinduşka və toyuq kimi hər hansı bir işlənmiş ət istifadə etmək sağlamlığınıza zərərli ola bilər. 
Alimlər 1,4 milyondan çox insanın iştirakçı olduğu tədqiqatlar da aparıblar. Mütəxəssislər 30 il ərzində əldə edilən məlumatları təhlil etdikdən sonra belə qənaətə gəliblər ki, gündə hər 50 qram işlənmiş ətin daha çox istehlakı ürək-damar xəstəliyi riskini 18 faiz artırır.
"Mövcud sübutların böyük əksəriyyəti meyvə və tərəvəz istehlakı ilə insult riski arasında qoruyucu əlaqəni dəstəkləyir".
Gundelik-Baku.Org