Ölüm riskini 18 faiz azaldan PƏHRİZ

Ölüm riskini 18 faiz azaldan PƏHRİZ
Pekin Universitetinin alimləri müəyyən ediblər ki, sağlam qidalar qəbul etdikdə az yağlı və aşağı karbohidratlı pəhrizlər ölüm riskini azalda bilər,. 
Xarici KİV xəbər verir ki, alimlər 50-71 yaş arası 370 mindən çox insanın məlumatlarını təhlil ediblər.
Onlar orta hesabla 23,5 il izlənilib və bu müddət ərzində 165 000 iştirakçı dünyasını dəyişib. Doymuş yağda az, bitki zülalında və mürəkkəb karbohidratlarda yüksək olan sağlam az yağlı pəhriz ümumi ölüm riskini təxminən 18 faiz, həmçinin xərçəng və ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldıb.
Doymuş yağlar çox miqdarda yağlı ət və daha sağlam doymamış yağlar isə yağlı balıq, avokado və qoz-fındıqda olur. Alimlər deyirlər ki, tədqiqat iştirakçıları doymuş yağları məhdudlaşdırmaqla daha uzun yaşayıblar.
Bunun əksinə olaraq, aşağı karbohidratlı bir pəhriz əhəmiyyətli dərəcədə yüksək ümumi ölüm nisbətləri ilə əlaqələndirilib. Daha sağlam, aşağı karbohidratlı pəhriz seçimi bir qədər aşağı ölüm nisbəti ilə əlaqələndirilib, lakin ümumilikdə, az yağlı pəhriz daha yaxşı təsir edib.
Gundelik-Baku.Org