İranın Loristan əyalətində 120 etirazçı SAXLANILDI

İranın Loristan əyalətində 120 etirazçı SAXLANILDI
İranın Loristan əyalətində keçirilən nümayişlər zamanı 120 nəfər saxlanılıb. 
İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Loristanın baş prokuroru Məhəmməd Rezm 22 yaşlı Məhsa Əminin "hicab qaydalarına əməl etmədiyi" səbəbi ilə öldürüldükdən sonra başlayan nümayişlərə görə 120 nəfərin nəzarətə alındığını açıqlayıb.
Rezm son nümayişlərə görə saxlanılanşəxslərin qanunda nəzərdə tutulan cəzaları alacaqlarını bildirib.
Qeyd edək ki, hadisələr davam etdikcə, təhlükəsizlik qüvvələri etirazlarda iştirak edən və "ictimai təhlükəsizliyi təhlükə altına alan" nümayişçilərə qarşı məhkəmə hakimiyyətinin göstərişi ilə həbs dalğasına başlayıb.
Tehran Universiteti Tələbələr Birliyi ən azı 30 tələbənin saxlanıldığını, Tehran Jurnalistlər Birliyi isə 10 jurnalistin saxlandığını açıqlayıb.
Saxlanılanların ümumi sayının 2000-dən çox olduğu təxmin edilir.
Gundelik-Baku.Org