"iPhone"da təhlükəli BOŞLUQ: Jurnalist və siyasi adamlara CASUSLUQ

"iPhone"da təhlükəli BOŞLUQ: Jurnalist və siyasi adamlara CASUSLUQ
"Citizen Lab" mütəxəssisləri "iPhone"da yeni boşluq aşkar ediblər.
Xarici KİV xəbər verir ki, bu barədə "Appleinsider" məlumat yayıb.
Proqramçılar "iPhone"dan istifadə edən siyasətçilər, fəallar və jurnalistlərə casusluq etmək üçün istifadə edilən zərərli "Pegasus" proqramını xatırladıblar. Tədqiqatın müəllifləri ona bənzər "Reign" adlı oxşar proqram təminatı tapıblar. Və bu proqram artıq "Apple" smartfon istifadəçilərinə casusluq etmək üçün istifadə olunub.
Məlumatda bildirilib ki, proqram İsrailin “QuaDream” şirkəti tərəfindən yaradılıb. Artıq Şimali Amerika, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya, Avropa və Yaxın Şərqdən olan beş "Apple" istifadəçisinə casusluq etmək üçün istifadə edilib. Hücum üçün aşkar edilən "Endofdays" istismarı, hakerlərin cihazlara giriş əldə etdiyi gözə görünməyən "iCloud" təqvim dəvətlərindən istifadə edib.
"Citizen Lab" ekspertləri qeyd ediblər ki, istismar 2020-ci ildə buraxılmış "iPhone" əməliyyat sistemi olan iOS 14 əsasında tətbiq edilib. 
Gundelik-Baku.Org