Bu ölkədə "iphone 11" rekord səviyyədə ucuzlaşdı

Bu ölkədə "iphone 11" rekord səviyyədə ucuzlaşdı
2019-cu ilin payızında təqdim edilən “iPhone 11” Rusiyada rekord dərəcədə 35 faiz ucuzlaşıb.
Xarici media xəbər verir ki, təqdimat zamanı qurğu Rusiyada 60 min rubla satılıb. İndi, 2023-cü ilin fevral ayında “Yandex Market”də onun dəyəri 39 min rubldan aşağı düşüb.
“iPhone 11” gecə rejimi kamerası və 120 dərəcə ultra geniş bucaq sensoru ilə təchiz edilmiş şirkətin ilk smartfonudur. Smartfonda həmçinin 6,1 düymlük Liquid Retina HD IPS ekran, Apple A13 Bionic çipset və Face ID biometrik skaneri var.
Sentyabrda “iPhone 11”in dörd yaşı olmasına baxmayaraq, Apple hələ də yeniləmələrlə smartfonu dəstəkləyir. Cihaz əvvəlcədən quraşdırılmış iOS 13 ilə satışa çıxarılıb və indiki iOS 16.3-ə qədər yenilənir.
Gundelik-Baku.Org