iPhone 15 Pro modelləri ilə bağlı YENİ MƏLUMAT

iPhone 15 Pro modelləri ilə bağlı YENİ MƏLUMAT
İnsayderlər iPhone 15 Pro modellərinin düymələri barəsində yeni məlumatlar veriblər.
Xarici KİV bildirir ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple iPhone 15 Pro modellərində fiziki düymələri sensorlu düymələr ilə əvəz edəcək. İndi isə insayderlər bildiriblər ki, iPhone 15 Pro modellərində səsin tənzimlənməsi üçün olacaq sensorlu düymələri elə şəkildə ayarlamaq olacaq ki, həmin düymələr hətta istifadəçi əllərinin əlcəkdə olduqları zaman da toxunuşlara reaksiya verə biləcəklər. Gözləntilərə əsasən Apple bu il iPhone 15 Pro modellərində səsin tənzimlənməsi düymələrini vahid sahə kimi reallaşdıracaq və həmin sahə sensorlu olacaq.
Müqayisə üçün qeyd etmək lazımdır ki, indiyədək olmuş iPhone modellərində səsin tənzimlənməsi düymələri bir-birindən ayrı iki düymə şəklində reallaşdırılıb. Adətən sensorlu düymələr birbaşa dəri ilə qarşılıqlı əlaqəni tələb edirlər. Nəticədə istifadəçi əlləri əlçək daxilində olduğu zaman sensorlu düymələrdən istifadə etmək mümkün olmur. Lakin insayderlər bildiriblər ki, iPhone 15 Pro modellərində olacaq sensorlu düymələrin həssaslıqlarını tənzimləmək mümkün olacaq. Bunun sayəsində isə istifadəçi əlləri hətta əlcək daxilində olan zaman da sensorlu düymələrdən istifadə etmək mümkün olacaq.
Gundelik-Baku.Org