10 dəqiqəyə qırışları açır – Yeni cavanlaşma formulu

10 dəqiqəyə qırışları açır – Yeni cavanlaşma formulu
İstənilən yaşda gənc görünən dəriyə sahib olmaq hər kəsin arzusudur. Ancaq zamanla bədəndə kollagen istehsalının azalması və yanlış qidalanma dərinizin yaşlanmasına səbəb olur. Qırışlar, incə xəttlər və sallanma kimi problemlər qocalmanın ən çox görülən əlamətləri arasındadır. 
Xarici mətbuat xəbər verir ki, təbii yağla dərinizi qısa müddətdə cavanlaşdıra və təmir edə bilərsiniz.
Limon yağı
Limon yağı dərinin həddindən artıq yağlanmasının qarşısını alır. Yağlı və sızanaqlı dərilər üçün idealdır. Limon yağı antioksidant təsiri sayəsində dərini həm təmizləyir, həm də cavanlaşdırır. Limon yağı sızanaq və qara nöqtə kimi problemləri də aradan qaldırır. 
Gecə yatmazdan əvvəl dəriyə qulluq proqramına əlavə edilməlidir. Yuxudan əvvəl dəriyə tətbiq olunan limon yağı incə qırışları azaldır.
Avokado yağı
Avokado yağı dərini gücləndirir və xarici amillərdən qoruyur. Xüsusilə günəş şüalarının zərərli təsirlərinə qarşı mübarizə aparır. Tərkibində A və K vitaminləri olan avokado yağı antioksidantlarla zəngindir.
Avokado yağı dərini həmişə canlı saxlayır. K vitamini dərinin elastikliyini artırır. Beləliklə, avokado yağı yaşlanma əlamətləri ilə mübarizədə faydalıdır, möhkəm, gənc, hamar, parlaq dərini təşviq edir.
İtburnu yağı
İtburnu yağının tərkibindəki komponentlər sayəsində qırışları, incə xəttləri, tünd ləkələri və hiperpiqmentasiyanı azaldır.
Tərkibində bol miqdarda A vitamini var. Vitamin A, beta-karoten və likopen sayəsində ən yaxşı yaşlanma əleyhinə efir yağı hesab olunur.
İtburnu yağı kollagen istehsalını dəstəkləyir. Dərini nəmləndirir. Yetkin dərinin həmişə gənc və canlı görünməsinə kömək edir.
Şirin badam yağı
Şirin badam yağı müntəzəm istifadə edildikdə qırışları və incə xəttləri azaldır. Yüksək səviyyədə A vitamini və Omeqa-3 yağları kimi əsas yağ turşuları dərinizi günəşin zərərindən qoruyur.
Bütün dəri tipləri şirin badam yağı istifadə edə bilər. Xüsusilə həssas və quru dəri tipiniz varsa, şirin badam yağı dəriyə qulluq üçün sizə çox faydalı ola bilər.
Üzüm çəyirdəyi yağı
Üzüm çəyirdəyi yağı antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə dəriyə çoxsaylı faydalar təmin edir. Üzüm çəyirdəyi yağı dərini yumşaldır və elastik edir. Dərini parlaq saxlayır.
Tərkibi E vitamini ilə çox zəngindir. Üzüm çəyirdəyi yağı qırışları, incə xəttləri və ləkələri müalicə etdiyi üçün yaşlanma əleyhinə ən təsirli təbii yağ hesab olunur. Bu yağ ilə dəriyə 10 dəqiqə masaj etmək qırışlardan daha asan qurtulmanıza kömək edir.
Gundelik-Baku.Org