Demansın qarşısını almaqla bağlı YENİLİK

Demansın qarşısını almaqla bağlı YENİLİK
D vitamini əlavəsi demansın qarşısını almaqda faydalı ola bilər.
“Alzheimer's & Dementia: Diagnosis, Assessment & Disease Monitoring” jurnalında dərc edilən elmi araşdırmaya görə, D vitamini əlavəsi ilə demans arasındakı əlaqəni araşdırmaq üçün 12 min iştirakçı ilə təcrübə aparılıb.
  Kanada və İngiltərədən olan alimlər müəyyən ediblər ki, D vitamini əlavələri qəbul edən 4637 iştirakçıdan ibarət qrup əlavə qəbul etməyən qrupdan 40 faiz az demensiyaya malikdir.
İştirakçılardan 2696-nın 10 il ərzində demans inkişaf etdirdiyi, bu qrupdakı 2177 nəfərin demans diaqnozu qoyulana qədər heç bir D vitamini əlavəsi almadığı, 679 nəfərin isə çox az əlavə qəbul etdiyi müəyyən olub.
  Kanadanın Kalqari (Calgary) Universitetinin Hotçkiss (Hotchkiss) Beyin İnstitutu və İngiltərənin Ekseter (Exeter) Universitetinin tədqiqatçıları qeyd ediblər ki, iştirakçıların orta yaş həddi 71 olub və onlar tədqiqata daxil olanda heç bir demans diaqnozu qoyulmayıb.
  Tədqiqatçılardan biri olan Zahinur İsmayıl koqnitiv tənəzzül başlamazdan əvvəl erkən D vitamini əlavələrinin qəbulunun faydalı ola biləcəyinə dair sübutlar tapdıqlarını söyləyib.
  Ekseter Universitetindən Bayron Kris (Byron Creese) "Bu tədqiqat nəticəsi bizə D vitamini əlavəsinin demansın qarşısını almaqda və ya gecikdirməkdə faydalı ola biləcəyini göstərir, lakin indi bunu təsdiqləmək üçün yenə klinik sınaqlara ehtiyacımız var" deyib.
Gundelik-Baku.Org