"Azərbaycanda İKT sahəsində mütəxəsis qıtlığı var" - Nazir müavini

"Azərbaycanda İKT sahəsində mütəxəsis qıtlığı var" - Nazir müavini
“Azərbaycanda ÜDM-də İKT sahəsinin payı 1,8%-dir. Bu, bəzi qonşun ölkələrlə müqayisədə bir neçə dəfə azdır”. 
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov deyib.
“Biz, Gürcüstana, Qazaxıstana və Ermənistana nəzərə salsaq, bu ölkələrdə İKT sahəsində ÜDM payı Azərbaycanla müqayisədə 2-3 dəfə artıqdır”, - nazir müavini bildirib.
O qeyd edib ki, Azərbaycanda İKT sahəsində mütəxəsislərin qıtlığı var. Onun sözlərinə görə, süni intellekt, kibertəhlükəsizliklə bağlı mütəxəsislərin hazırlanmasına ehtiyac var.
"Bu təkcə Azərbaycanda deyil, bütün dünyada olan bir problemdir. ABŞ kimi ölkədə də bu sahədə ciddi mütəxəsis çatışmazlığı var. Belə ki, 2021-ci ildə ABŞ-da 1,4 milyon İKT mütəxəsisinə ehtiyac olub. Məqsədimiz bu sahədə mütəxəsislər hazırlamaq, rəqabətqabiliyyəti məhsullar yaratmaqdır".
Gundelik-Baku.Org