“WhatsApp”dan yeni FUNKSİYA

“WhatsApp”dan yeni FUNKSİYA
“Meta” şirkəti “WhatsApp” mesajlaşma proqramına 3D avatarlar funksiyasının gəldiyini açıqlayıb.
“Wabetainfo” saytının məlumatına görə, yenilik istifadəçilərə müxtəlif saç düzümləri, geyim, dəri rəngləri və üz özəllikləri arasında seçim etməyə imkan verir.
Yeniləmə tətbiqin parametrlər bölməsinə daxil edilib. Burada “Avatarınızı yaradın” xanasını seçib, “başlayın” bölməsini klikləyin. Sonrakı addımda öz avatarınızı yaradın.
İstifadəçilər öz avatarlarını yaratmaqla ondan profil şəkli kimi istifadə edə bilərlər.
Qeyd edək ki, “Meta” şirkəti daha əvvəl “Facebook”, “Messenger” və “Instagram”da 3D avatarlar təqdim etmişdi.
Gundelik-Baku.Org