"Huawei" şirkəti də Rusiyanı tərk etdi

"Huawei" şirkəti də Rusiyanı tərk etdi
Çinin “Huawei” şirkəti Rusiyaya birbaşa smartfon tədarükünü tamamilə dayandırıb.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qeyd olunur ki, şirkət həmçinin Rusiyaya planşet, noutbuk və televizor idxal etmir. Bəzi avadanlıq vahidləri hələ də Rusiyadakı rəsmi "Huawei" mağazasında satılır, lakin bunlar keçmiş tədarüklərin qalıqlarıdır.
Holdinq artıq rəsmi pərakəndə satış məntəqələrinin bağlanacağı ilə bağlı xəbərdarlıq edib
Bundan əlavə, KİV-in məlumatına görə, şirkət artıq Rusiya Federasiyasında işçi qəbul etmir.
Gundelik-Baku.Org