“Microsoft” şirkəti işçilərinin hamısını istirahətə göndərdi

“Microsoft” şirkəti işçilərinin hamısını istirahətə göndərdi
“Microsoft” şirkəti ABŞ-dakı bütün tam ştatlı işçilərinə məhdudiyyətsiz məzuniyyət verib. İşçilərə indiyədək istifadə etmədikləri məzuniyyətlərə görə də maaş veriləcək.
“Reuters" xəbər verir ki, dünyanın aparıcı texnologiya nəhənglərindən biri olan “Microsoft” işçilərinə məhdudiyyətsiz məzuniyyət verəcəyini açıqlayıb.
Bu hüquq yalnız ABŞ-da işləyən işçilərə veriləcək. Yeni sistemlə şirkət işçiləri məzuniyyətlərini izləmək məcburiyyətində qalmayacaq və istədikləri vaxt məzuniyyətə çıxa biləcəklər.
Gundelik-Baku.Org