“Amazon” 9 min işçisini işdən çıxaracaq

“Amazon” 9 min işçisini işdən çıxaracaq
ABŞ-ın e-ticarət nəhəngi "Amazon” yaxın həftələrdə daha 9 min əməkdaşını ixtisar edəcəyini açıqlayıb. 

"Amazon” Baş İcraçı Direktoru (CEO) Andy Jassy şirkət işçiləri ilə paylaşdığı mesajda əməliyyat planı və işdən çıxarmalar haqqında məlumat verdi. 

Jassy, yaxın bir neçə həftə ərzində təxminən 9,000 işçini işdən çıxarmağı planlaşdırdıqlarını bildirdi, onların əksəriyyəti "Amazon Web Services” (AWS) bulud hesablamaları departamenti, PXT-nin insan resursları departamenti, "Twitch” video platforması və reklam bölmələrindəndir. 
Gundelik-Baku.Org