Kürt yatan toyuq narkotik “yumurtladı”

Kürt yatan toyuq narkotik “yumurtladı”
Türkiyənin Konya şəhərində Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsinə bir ünvanda narkotik maddə tapıldığı barədə məlumat daxil olub.  
Polis qrupu şübhəli evdə axtarış əməliyyatı keçirib və maraqlı halla qarşılaşıb.
Belə ki, evdə kürt yatan toyuğun altından yumurta yerinə narkotik maddə çıxıb.
Polis toyuğu qaldırıb və torbalarda narkotik aşkar edib.
Evdə aparılan ətraflı axtarış zamanı isə 824 qram metamfetamin, 38 narkotik həb, iki elektron tərəzi, bir sənədsiz tapança və 11 min 100 TL ələ keçirilib.
Şübhəli şəxslər polis bölməsindəki əməliyyatlardan sonra məhkəməyə çıxarılıblar. Onlar həbsxanaya göndəriliblər./Oxu.az 
 




Gundelik-Baku.Org