Cəsədi ölümündən iki gün sonra aşkarlandı

Cəsədi ölümündən iki gün sonra aşkarlandı
27 yaşlı ukraynalı musiqiçi Arda Samanba dünyasını dəyişib.
Onun cəsədi ölümündən iki gün sonra Moskvadakı mənzilində aşkarlanıb.
Maraqlısı isə bu müddət ərzində onun həyat yoldaşı və azyaşlı uşaqlarının da evdə olması olub. Sənətçinin qonşuları uşaqların qışqırıqlarını eşidərək, polisə müraciət ediblər. Mətbəxdə tapılan meyitin baş və burun nahiyəsində xəsarətlər aşkarlanıb.
Samanbanın ölümünə səbəb həddən artıq narkotik maddədən istifadə etməsi göstərilir.
Qeyd edək ki, Ardanın Ukrayna Taekvando Federasiyası prezidentinin oğlu olduğu bildirilir.
Gundelik-Baku.Org