Hatayda zəlzələ zamanı qorxu keçirən hamilə qadın erkən doğum edib

Hatayda zəlzələ zamanı qorxu keçirən hamilə qadın erkən doğum edib
Hatayda baş verən 6,4 bal gücündə zəlzələ zamanı təşviş keçirən əslən Suriyadan olan Culya Keykuni adlı qadın böyük qorxu ilə özünü çölə atıb.
Nəticədə hamiləliyin 34-cü həftəsində olan qadının doğum sancısı başlayıb. 22 yaşlı Keykuni yarım saat sonra səhra xəstəxanasında ikinci övladı olan qızını dünyaya gətirib. Ana və körpənin vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Ana Culya Keykuni və körpə sonrakı saatlarda Adana Şəhər Xəstəxanasına köçürülüblər. Ata Həsən Keykuni də onları tək qoymayıb.
“Çox xoşbəxtik, vəziyyəti yaxşıdır. Evdə qalırdıq. Çadır olmadığı üçün evdə idik. Mühəndislər evimiz az xəsarət aldığı üçün qala biləcəyimizi dedilər. Evin dağılıb-dağılmadığını görmədim”, - deyə Həsən Keykuni qeyd edib.






Mənbə: Milliyet
Gundelik-Baku.Org