Gülben Ergen xəstəxanaya yerləşdirilib

Gülben Ergen xəstəxanaya yerləşdirilib
Müğənni Gülben Ergenin səhhətində problem yaranıb.
Bu barədə o, sosial media hesabında paylaşım edib. 
“Həftələrdir acını ən dərindən hiss edib, yaşayıb, qəbullanan və onunla mübarizə aparan ruhum sonda məni yıxmağı bacardı. Yaxşı ki, oldu, dayana bildim”,- deyə, yazan Gülben xəstəliyinin nə olduğunu açıqlamayıb.
Müğənninin paylaşımında diqqət çəkən məqamlardan biri də xəstəxanada onu ziyarətə gələnlər arasında oğulları - Atlas, Ares ve Güneylə yanaşı, keçmiş həyat yoldaşı Mustafa Erdoğanın da olmasıdır.

Gundelik-Baku.Org