“Şeron”un keçmiş üzvü ağır xəstəliyindən danışdı

“Şeron”un keçmiş üzvü ağır xəstəliyindən danışdı
“Şeron” qrupunun keçmiş üzvü, müğənni İntizar Məmmədov səhhətində yaranan problemdən danışıb.
Sənətçi bu haqda “7 canlı” verilişində qonaq olarkən söz açıb.
İfaçı MS - dağınıq sklerozdan (beyin və onurğa iliyi (mərkəzi sinir sistemi) xəstəliyidir - red.) əziyyət çəkdiyini qeyd edib.
“MS deyilən bir xəstəlik var, gəldi məndə də aşkarlandı. Gözümdə problem oldu, görmə qabiliyyətimi itirdim. Halsızlıq oldu, yatmağa çox üstünlük verirdim. Nəyisə qaldırmağa gücüm olmurdu. Gərək həyat tərzini dəyişəsən. Bu günümüzə şükürlər olsun. Mən birinci Allaha, sonra həyat yoldaşıma təşəkkür edirəm ki, ayağa qalxmağıma dəstək oldu”.

Gundelik-Baku.Org