Mustafa Sandalın sərvət dəyərində yeni avtomobili - Foto

Mustafa Sandalın sərvət dəyərində yeni avtomobili - Foto
Türkiyəli müğənni Mustafa Sandal həyat yoldaşı Melis Sandalla Arnavutköydəki məkanların birində görüntülənib.
“Hürriyet” xəbər verir ki, idman geyimləri ilə diqqət çəkən cütlük məkanı tərk etdikdən sonra sahildə gəzintiyə çıxıb.
1 saatlıq gəzintidən sonra geri dönən Sandal cütlüyü yeni aldıqları 7,5 milyon TL-lik (667 623 AZN) “Porsche Taycan”a miniblər.
Onların yeni avtomobili sosial mediada müzakirə mövzusuna çevrilib.


Gundelik-Baku.Org