Kann Kino Festivalı Conni Deppin filmi ilə açılacaq

Kann Kino Festivalı Conni Deppin filmi ilə açılacaq
Amerikalı aktyor Conni Deppin iştirakı ilə son üç ildə çəkilmiş ilk film növbəti Kann Kino Festivalının açılışını edəcək.
Fransız rejissoru və aktrisası Mayven Le Beskonun “Janna Dübarri” layihəsinin premyerası mayın 16-da 76-cı Kann Kino Festivalında baş tutacaq.
Filmin süjeti Fransa kralı XV Lüdovikin (Deppin ifasında) və onun sevgilisi Janna Dübarrinin (Le Beskonun təqdimatında) fırtınalı romantizm hekayəsinə əsaslanır.
Qeyd edək ki, Conni Deppin kino karyerasında keçmiş həyat yoldaşı Amber Hördlə məhkəmə çəkişməsi səbəbindən fasilə yaranıb. Məişət zorakılığında ittiham olunan aktyor bir neçə il filmlərə dəvət olunmayıb.
Keçən yay məhkəmə qadını Deppə böhtan atmaqda təqsirli bilib və onun aktyora 15 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb. Bundan sonra kino ulduzu yenidən filmlərə dəvət almağa başlayıb.


Mənbə: lenta.ru
Gundelik-Baku.Org