Ceki Çan məşhur filminin növbəti hissəsini çəkəcək

Ceki Çan məşhur filminin növbəti hissəsini çəkəcək
Honkonqlu aktyor və kino prodüseri Ceki Çan “Pik saatı” (Rush Hour) filminin dördüncü hissəsini çəkməyə hazırlaşır. O, bu barədə “Red Sea” kinofestivalında danışıb.
Çan filmin ssenarisinin artıq yazıldığını bildirib. Aktyor yaxın vaxtlarda adını açıqlamadığı rejissorla materialı müzakirə etməyi planlaşdırır.
Ulduzun sözlərinə görə, layihə danışıqlar mərhələsindədir.
Çan həmçinin qeyd edib ki, gələcəkdə daha az döyüş filmi çəkməyi və diqqətini sevgi hekayələrinə yönəltməyi düşünür. Hazırda kinematoqraf “qadınlar üçün dram” kimi təsvir etdiyi layihə üzərində işləyir.
Qeyd edək ki, ilk “Pik saatı” 1998-ci ildə ekranlara çıxıb. Filmin bütün hissələrində əsas rolları Ceki Çan və Kris Taker ifa ediblər.
Franşiza beynəlxalq cinayətləri açmaq üçün birlikdə işləyən HonKonq müfəttişi və Los-Anceles detektivinin macəralarından bəhs edir.
Mənbə: daily.afisha.ru
Gundelik-Baku.Org