Alen Delona məxsus sənət əsərləri hərraca çıxarılacaq

Alen Delona məxsus sənət əsərləri hərraca çıxarılacaq
İyunun 22-də Parisdə fransız aktyoru Alen Delona məxsus sənət əşyaları kolleksiyası hərraca çıxarılacaq.
Bu barədə çərşənbə axşamı hərracın təşkilatçısı “Bonhams Cornette de Saint Cyr” hərrac evi məlumat yayıb.
Delakrua, Korot, Millet kimi XIX əsr fransız rəssam və heykəltəraşlarının əsərləri də daxil olmaqla, 80-dən çox sənət əsərinin yer aldığı kolleksiyanın dəyəri 4-5 milyon avro arasında qiymətləndirilir.
Hərracdan əvvəl həmin əsərlər may-iyun aylarında Nyu-York, Honq-Konq, Cenevrə, London və Parisdəki sərgilərdə növbə ilə təqdim olunacaq.
Delonun sözlərinə görə, o, bu kolleksiyanı təxminən 60 il ərzində toplayıb. 87 yaşlı aktyor ilk əsərini 1964-cü ildə Londonda aldığını bildirib.
“Bu illər ərzində çoxlu rəsmlər, heykəllər əldə etmişəm. Onlar uzun illər məni müşayiət edib və həyatımın bir parçası olub”, - deyə kino ulduzu qeyd edib.
Mənbə: TASS
Gundelik-Baku.Org