Teylor ilk bədii filmini çəkəcək

Teylor ilk bədii filmini çəkəcək
Teylor Svift rejissor kimi ilk bədii filmini çəkməyə hazırlaşır.
Çəkiliş üçün müğənni ilə müqaviləni “Köçərilər ölkəsi” və “Suyun şəkli” kimi Oskar hitlərinin yaradılmasına cavabdeh olan “Searchlight Picture” kino şirkəti imzalayıb. Filmin süjeti, eləcə də aktyor heyəti ilə bağlı təfərrüatlar hələlik gizli saxlanılır.
“Taylor unikal rəssam və hekayəçidir. Onunla işləmək əsl sevinc və imtiyazdır. Bu maraqlı və yeni yaradıcılıq səyahətinə çıxanda onun yanında olmaq xoşdur”, - deyə, şirkətin rəhbərləri bildirib.


Gundelik-Baku.Org