Snup Doqun həyatı kino olur

Snup Doqun həyatı kino olur
“Universal Pictures” şirkəti rep ifaçısı Snup Doqun həyatından bəhs edən film hazırlayır. 
Sözügedən layihənin rejissoru Allen Hughes, ssenari müəllifi isə Joe Robert Coledir. Ekran işinə Doq, Hughes və Sara Ramaker ilə birlikdə prodüserlik edəcək.
“Uzun müddət gözlədim, çünki düzgün rejissoru, mükəmməl ssenaristi və işləyə biləcəyim ən böyük film şirkətini seçmək istəyirdim”,- deyə ifaçı bildirib.
Gundelik-Baku.Org