"Bunun təşkili ilə bağlı Azərbaycanla razılaşma var" - Paşinyan

"Bunun təşkili ilə bağlı Azərbaycanla razılaşma var" - Paşinyan
Azərbaycanla sentyabr ayında baş verən hərbi qarşıdurma nəticəsində həlak olanların və itkin düşənlərin sayı 210-u ötüb. 
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bundan əlavə, 293 hərbçi yaralanıb, itkin düşən əsgərlərin sayı isə 28 nəfərdir.
"Yaxın bir neçə gündə meyitlərin çıxarılmasının təşkili ilə bağlı razılaşma var. Ümid edirəm ki, bu razılaşma yerinə yetiriləcək", - Paşinyan qeyd edib.
Gundelik-Baku.Org