“Fransada demokratiya ayaqlar altına atılıb” - MÖVQE BİLDİRİLDİ

“Fransada demokratiya ayaqlar altına atılıb” - MÖVQE BİLDİRİLDİ
“Fransada hökumətin pensiya siyasətinə qarşı etiraz dalğası getdikcə artmaqdadır. İnsanlar Makron hökumətindən tələb edirlər ki, Fransa vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsi məsələsinə belə barmaqarası baxmaq olmaz”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, onlar tələb edirlər ki, Fransa ənənəvi demokratik dövlət olub: “Lakin Makron dövründə isə bu ənənədən geriçəkilmə baş verməkdədir. Bunun əziyyətini də Fransa xalqı çəkir.
Fransada pensiya yaşının 62-dən 64 yaşa qaldırılmasına etiraz edən xalqa qarşı Fransa hüquq-mühafizə orqanları çox sərt cəza tədbirləri həyata keçirirlər. Haqqını tələb edən insanları it və atlarla tapdalayıb onları qovurlar”.
Elman Nəsirov sözlərinə belə davam edib: “Bütün bunların hamısı özünü demokratiyanın bayrağı adlandıran Fransada baş verir. Fransa bu günləri çox mürəkkəb bir dövrünü yaşayır. Belə olan bir vəziyyətdə Emmanuel Makronun bir nömrəli vəzifəsi öz xalqının daxili problemlərinin həlli olmalıdır. O bütün səylərini bu məsələyə yönəltməlidir. Amma Makron üçün öz xalqının yox, Ermənistanın problemləri əsas mövqedədir. Həmçinin, Qarabağda yaşayan 30 min erməninin müdafiəsi onun üçün prioritet məsələyə çevrilib. Belə olan halda, Fransada etiraz dalğası genişlənir və xalqın tələbləri sərtləşir.
Qoy dünya bir daha əmin olsun ki, əslində demokratiya bir çox böyük dövlətlərin əlində öz geosiyasi niyyətlərini həyata keçiemək üçün alət olub və xarici ölkələrin daxili işlərinə qarışmaq üçün bundan istifadə edirlər. Öz ölkələrində isə demokratiya ayaqlar altına atılıb. Fransa reallığı bunu bir daha təstiqlədi”.
Gundelik-Baku.Org