ABŞ-da qar çovğunu oldu, 9 nəfər öldü

ABŞ-da qar çovğunu oldu, 9 nəfər öldü
ABŞ-da qar çovğunu nəticəsində azı 9 nəfər ölüb. 
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən baş verən qəzalar nəticəsində insan tələfatları Ohayo, Kentukki, Missuri və Kanzas ştatlarında qeydə alınıb.
Qeyd edək ki, bu həftə ABŞ-ın böyük hissəsi əlverişsiz hava şəraiti - soyuq hava, güclü külək və qar yağışı ilə üzləşib. Bir çox ştatlarda temperatur rekord həddə aşağı düşüb, Vayominq ştatında isə havanın temperaturu -41 dərəcəni göstərib.
Məlumata görə, cümə günü ABŞ-da əlverişsiz hava şəraiti səbəbindən 5,4 mindən çox reys ləğv edilib. Çovğun səbəbindən ölkədə 590 mindən çox ev və müəssisə işıqsız qalıb.
Gundelik-Baku.Org